320
04:07
12 İyun 2019

Bakıda 17 yaşlı oğlana çiyinlə sataşıb, sonra bıçaqladılar

Bakının Binəqədi rayonunda bıçaqlanma olub.

APA -nın məlumatına görə, 2002-ci il təvəllüdlü Şəki sakini İsayev Sakit Teymur oğlu Arzu Yaqubov adlı dostu ilə marketdən çıxıb evə gedərkən iki nəfər ona sataşıb.

Belə ki, həmin şəxslərdən biri çiyni ilə bilərəkdən Sakitə toxunub və bundan sonra tərəflərin arasında mübahisə yaranıb. Nəticədə həmin şəxs üzərində gəzdirdiyi bıçaqla S.İsayevin qaraciyər nahiyəsindən bir neçə xəsarət yetirdikdən sonra ərazidən qaçıb. Hadisə qafildən baş verdiyi üçün Sakitin dostu da vaxtında müdaxilə edə bilməyib.

Hazırda Binəqədi polisi həmin şəxsləri axtarır.