158
00:57
12 İyun 2019

Hövsan qəsəbəsində 34 yaşlı kişi döyülərək xəsarət alıb

Bakının Suraxanı rayonunda 34 yaşlı kişi döyülüb.

APAxəbər verir ki, Hövsan qəsəbəsində qeydə alınmış hadisə zamanı 1985-ci il təvəllüdlü Mirazad Teymurov baş və müxtəlif bədənnahiyələrindən ciddi xəsarətalıb alıb.

Bildirilir ki, M.Teymurov 5-6 nəfər tərəfindən küt alətlə döyülüb. Ağır xəsarət alan yaralı dərhal 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.M.Teymurova başın təpə nahiyəsinin əzilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.