322
16:06
11 İyun 2019

Bakıda 3 nəfəri gün vurdu

Bakı şəhərində 3 nəfəri gün vurub.
Bu barədə APA -ya Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BTTTYS) baş həkimi Rauf Nağıyev məlumat verib.
Onun sözlərinə görə, günvurma ilə bağlı təcili yardıma 3 müraciət daxil olub.
R.Nağıyev qeyd edib ki, onlardan 2 nəfəri hospitalizasiya olunub.