380
14:05
11 İyun 2019

Dünyanın ən rəqabətqabiliyyətli şəhərlərinin reytinqi AÇIQLANDI - TOP-10

"AT Kearney" beynəlxalq konsaltinq agentliyinin ekspertləri dünya şəhərlərinin rəqabətqabiliyyətlilik səviyyəsini qiymətləndirərək "Global Cities Report 2019" reytinqini tərtib ediblər.
" APA -Economics"in xarici mətbuata istinadən verdiyi məlumata görə, rəqabətqabiliyyətlilik indeksini hazırlayan zaman mütəxəssislər dünyanın 135 şəhərini 27 parametrə görə qiymətləndiriblər. Sözügedən parametrlər beş əsas göstəriciyə ayrılıb: işgüzar fəaliyyət, insan kapitalı, məlumat mübadiləsi, mədəni təcrübə və siyasi iştirak.
Nəticədə, reytinqin ilk üçlüyündə Nyu-York, London və Paris şəhərləri qərarlaşıb.
Dünyanın ən rəqabətqabiliyyətli TOP-10 şəhəri:

#

Şəhər

1

Nyu-York

2

London

3

Paris

4

Tokio

5

Honkonq

6

Sinqapur

7

Los-Anceles

8

Çikaqo

9

Pekin

10

Vaşinqton