Rektor “Qaloş piri”ndən danışdı:<span style="color:red;"> “Mütəxəssislərin yetişməsi vacibdir”
11 iyun 2019 10:56 (UTC +04:00)

Rektor “Qaloş piri”ndən danışdı: “Mütəxəssislərin yetişməsi vacibdir”

Artıq bir neçə gündür ki, sosial şəbəkələrdə yayılan Goranboy rayonunda çəkilən görüntülər geniş müzakirəyə səbəb olub və yayılan videoda rayonun Qurbanzadə kəndində “Qaloş piri” deyilən yerə şəfa tapmaq niyyəti ilə gələn insanların başına nəsə sürtürlər. Sosial şəbəkədə isə bunun qaloş olduğu bildirilir. Belə ki, yerli sakinlər seyid kimi tanınan və 30 il əvvəl iyunun 7-də vəfat etmiş Miribiş ağanın evinə yığışıb, onun qaloşunu (papaq da ola bilər) başlarına sürtərək şəfa tapacaqlarına inanırlar. Bunun qarşılığında isə pul və qiymətli əşyaları həmin evə qoyurlar.
 
Sözügedən video ilə bağlı Lent.az-a açıqlama verən İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov bildirib ki, islam meydana gəldiyi gündən cəhalətə və mövhumata qarşı mübarizə aparıb, möminləri bu kimi əməllərdən uzaq olmağa çağırıb:
 
 
“İslamın ilkin dövrlərində Ərəb Yarımadasında xurafat və mövhumat geniş yayılmışdı. Bir müddətdən sonra bu kimi yanlış adət və ənənələr aradan qalxdı. Məlum videoda əksini tapan əməllərin İslamla heç bir əlaqəsi yoxdur. Bu daha çox mövhumat və xurafatla bağlı məsələdir. İslama görə hər bir müsəlmanın elm öyrənməsi, bilik əldə etməsi və müsəlman cəmiyyətlərində müxtəlif sahələr üzrə mütəxəssislərin yetişməsi vacibdir. 
 
İslam müsəlmanlara kor-koranə hansısa əməlin arxasınca getməyi məqbul saymır. Bu kimi hadisələrin təkrarlanmaması üçün bu gün insanların daha çox maariflənməsinə və bilgilənməsinə, eləcə də həqiqi islam dəyərlərini mənimsəməsinə ehtiyac var. Bu məsələdə ilahiyyatçılarımızın üzərinə böyük vəzifə düşür”.
# 1766
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar