290
09:34
11 İyun 2019

Türkiyədə avtobus qəzası - 5 ölü, 42 yaralı

Türkiyənin Balıkəsir vilayətinin Bandırma rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA -nın Türkiyə bürosunun xəbərinə görə, bu gün səhər saatlarında sərnişin avtobusu ilə avtomobilin toqquşması nəticəsində 4 nəfər ölüb, 42 nəfər xəsarət alıb.
Avtobusda sərnişinlərin Çanaqqalaya ekskursiyaya getdiyi müəyyənləşib.
Faktla bağlı araşdırma aparılır.