Türkiyədə eyni anda 5 nəfərə qaraciyər köçürüləcək: hədəf Rekordlar Kitabıdır
10 iyun 2019 17:48 (UTC +04:00)

Türkiyədə eyni anda 5 nəfərə qaraciyər köçürüləcək: hədəf Rekordlar Kitabıdır

Türkiyənin Malatya şəhərindəki İnönü Universitetinin Turqut Özəl Tibb Mərkəzində eyni anda 5 xəstəyə qaraciyər köçürüləcək.
 
Lent.az türk mediasına istinadən xəbər verir ki, bununla bağlı açıqlama verən universitetin rektoru professor Ahmet Kızılay bildirib ki, 2002-ci ildən bugünədək xəstəxanada 89 faizi uğurlu olmaqla 2 500-dən çox qaraciyər köçürülüb: "12 iyunda isə eyni anda 5 xəstəyə qaraciyər köçürməklə Ginnesin Rekordlar Kitabına düşməyi hədəfləyirik”.
# 915
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar