Pakistanın sabiq prezidenti həbs edildi
10 iyun 2019 17:15 (UTC +04:00)

Pakistanın sabiq prezidenti həbs edildi

Pakistanın hüquq-mühafizə orqanları ölkənin sabiq prezidenti və Pakistan Xalq Partiyasının həmsədri Asif Əli Zərdarini həbs edib.
 
APA-nın “Geo TV”-yə istinadən verdiyi xəbərə görə, A.Ə.Zərdari saxta bank hesablarının istifadəsində şübhəli bilinir.
 
Məlumata görə, bundan əvvəl məhkəmə Zərdari və onun bacısı Faryal Talpurun bununla bağlı apelyasiya şikayətini rədd edib.
 
Həbs Pakistanda anti-korrupsiya orqanı rolunu oynayan Milli Nəzarət-Qeydiyyat Bürosu tərəfindən həyata keçirilib. Əməliyyata çoxsaylı polis əməkdaşları cəlb edilib. Onlar sabiq prezidentin paytaxt İslamabaddakı evini mühasirəyə alıblar.
 
Qeyd edək ki, Asif Əli Zardari 2008-2013-cü illərdə Pakistanın prezidenti olub. O, Pakistanın sabiq baş naziri, 2007-ci ildə sui-qəsd nəticəsində həyatını itirən Benazir Butto ilə evli olub.
# 811
avatar

Oxşar yazılar