Yıldırım-İmamoğlu teledebatının tarixi və moderatoru müəyyənləşib
10 iyun 2019 14:58 (UTC +04:00)

Yıldırım-İmamoğlu teledebatının tarixi və moderatoru müəyyənləşib

Türkiyədə İstanbul böyük şəhər bələdiyyə sədrliyinə namizədlır Əkrəm İmamoğlu ilə Binəli Yıldırımın teledebatının detalları məlum olub.
 
APA-nın xəbərinə görə, Cümhuriyyət Xalq Partiyasının (CHP) və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) təmsilçiləri arasında bu gün növbəti dəfə telefon danışığı aparılıb. AKP sədrinin müavini Mahir Ünal və CHP qrup sədrinin əvəzedicisi Engin Altay arasında aparılan danışıqda debatla bağlı qərar qəbul edilib. Daha sonra Mahir Ünal və Engin Altay birgə mətbuat konfransı keçirərək qərarı açıqlayıblar.
 
Qərara əsasən, iyunun 16-da keçiriləcək debat konkret bir kanalda olmayacaq. Ortaq yayım olacaq, istəyən televiziya kanalı proqramı yayımlayacaq. 
 
Debatın moderatoru FOX TV-nin aparıcı İsmayıl Küçükkaya olacaq.
# 563
avatar

Oxşar yazılar