207
13:48
10 İyun 2019

"Neftçi" kapitanla yollarını ayırdı

"Neftçi” PFK yetirməsi Ruslan Abışovla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.
Lent.az-ın məlumatına görə, bu barədə xəbər klubun saytında yer alıb.
"31 yaşlı müdafiəçiyə xidmətlərinə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq! Yolun açıq olsun, Kapitan!", - deyə klub bildirir.
Qeyd edək ki, Abışov 2006-2012, 2016-2019-cu illərdə "Neftçi”nin heyətində 148 oyun keçirib, 13 qol vurub.