Ramazan ayında bu ölkənin məscidlərini 1,5 milyon insan ziyarət edib
09 iyun 2019 11:26 (UTC +04:00)

Ramazan ayında bu ölkənin məscidlərini 1,5 milyon insan ziyarət edib

Müqəddəs Ramazan ayı ərzində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə yerləşən məşhur Şeyx Zayed məscidini 1,5 milyondan çox insan ziyarət edib.
 
Məscidin qeyri-adi gözəlliyini seyr etmək üçün möminlərdən əlavə 200 min xarici turist gəlib. Bununla yanaşı, “Ağ məscid”i bir çox yüksəksəviyyəli qonaqlar da ziyarət edib.
 
Dünyanın altı ən iri məscidindən biri olan Şeyx Zayed məscidində, həmçinin 900 minə yaxın dindar üçün iftar süfrəsi açılıb.
 
(AZƏRTAC)
# 712
avatar

Oxşar yazılar