327
12:00
08 İyun 2019

“Dənizdə qadağa əməliyyatları” - NATO standartlarına uyğun qiymətləndirilmə

Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Proqramı çərçivəsində Hərbi Dəniz Qüvvələrinin Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş Göyərtə qrupunun “Dənizdə qadağa əməliyyatları” üzrə NATO standartlarına uyğun 2-ci səviyyəli özünüqiymətləndirməsi (SEL-2) keçirilib.
Müdafiə Nazirliyindən APA -ya verilən xəbərə görə, NATO-nun Nortvud Hərbi Dəniz Qərargahının nümayəndələrinin müşahidəsi ilə icra edilən SEL-2-in əsas məqsədi Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş Göyərtə qrupunun fəaliyyətinin və təchizatının Şimali Atlantika Alyansının standartlarına uyğunluğunu yoxlamaqdan ibarətdir. Keçirilmiş təlim eyni zamanda 2020-ci ildə 2-ci səviyyəli (NEL-2) NATO qiymətləndirməsinə hazırlıq məqsədini daşıyır.