228
10:37
07 İyun 2019

Bakının bu küçələrində içməli su iki gün fasilələrlə veriləcək

Paytaxtın
Bakı şəhəri Nəsimi rayonun Mirəli Qaşqay küçəsində 07 və 08 iyun 2019-cu il tarixlərində Nəsimi rayonunun bir hissəsinə içməli su müəyyən fasilələrlə veriləcək.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətin Mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, su təchizatında fasilələrin yaranmasına səbəb yeni çəkilmiş magistral su kəmərinin şəbəkəyə qoşulması ilə əlaqədardır.
“Azərsu” ASC yaranan narahatlığa görə abonentlərdən üzr istəyir.