314
18:23
06 İyun 2019

"Gənclər üçün Əmək Yarmarkası - 2019" keçiriləcək - TARİX

Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət İqtisad Universitetinin təşkilatçılığı ilə 10 iyun 2019-cu il tarixdə "Gənclər üçün Əmək Yarmarkası - 2019" keçiriləcək.
Bu barədə Lent.az -a qurumun mətbuat katibi Səmayə Məmmədova məlumat verib.
O bildirib ki, dövlət qurumları, yerli və xarici şirkətlərin iştirak edəcəyi əmək yarmarkasının keçirilməsində məqsəd gənclərin məşğulluğunun təmin edilməsinə köməkliyin göstərilməsidir:
"Park Inn” otelində saat 10:00-da başlayacaq əmək yarmarkasında gənclər təklif olunan müxtəlif vakasiya və təcrübə proqramlarına müraciət edə biləcəklər.
Əmək yarmarkasında iştirak etmək istəyənlər [email protected] ünvanına CV göndərə bilər. Məlumat üçün bildirək ki, elektron CV bazası müfaviq dövlət qurumları, təşkilat və şirkətlərə təqdim ediləcək”.