Türkiyədəki fabrikdə <span style="color:red;">ŞİDDƏTLİ  yanğın: <span style="color:red;">ölənlərin sayı artdı  - <span style="color:red;">YENİLƏNİB
06 iyun 2019 16:07 (UTC +04:00)

Türkiyədəki fabrikdə ŞİDDƏTLİ yanğın: ölənlərin sayı artdı - YENİLƏNİB

Türkiyənin Kocaəli bölgəsindəki fabrikdə yanğın nəticəsində ölənlərin sayı çoxalıb.
 
Lent.az türk mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfər ölüb. Yaralanan 5 nəfər isə yaxınlıqda olan xəstəxanalara aparılıb, onların vəziyyəti ağır deyil.
 
Hazırda fabrikdə başqa kiminsə olub-olmaması yoxlanılır.
 
Qeyd edək ki, yanğının baş vermə səbəbləri bilinmir.
 
***
15:20
 
Türkiyənin Kocaəli bölgəsindəki fabrikdə yanğın başlayıb.
 
Lent.az türk mediasına istinadən xəbər verir ki, ilkin məlumata görə, tikiş fabrikində baş verən yanğından 3 nəfər ölüb, 5 nəfər yaralanıb.
 
Hadisə zamanı fabrikdə 30 işçinin olduğu bildirilib. Onların hamısı təxliyyə edilib.
 
 
 

 

# 833
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar