Gürcüstanda helikopter qəzaya uğrayıb
06 iyun 2019 14:13 (UTC +04:00)

Gürcüstanda helikopter qəzaya uğrayıb

Gürcüstanın Kazbegi rayonunda helikopter qəzaya uğrayıb. APA-nın yerli bürosunun məlumatına görə, qəzadan əvvəl helikopter havada yanmağa başlayıb və daha sonra yerə çırpılıb. Hadisə nəticəsində pilot və daha iki sərnişinin öldüyübildirilir.
 
Helikopterin Axxot kəndindən "Rumas" ootelə doğru uçarkən Stepandsminda ərazisində qəzaya uğradığı açıqlanır.
 
Hadisə şahidləri həlak olanların otelin işçiləriolduğunu bildiriliblər.
# 633
avatar

Oxşar yazılar