Atletimiz dünya yeddincisi oldu
06 iyun 2019 12:55 (UTC +04:00)

Atletimiz dünya yeddincisi oldu

Ficinin paytaxtı Suvada keçirilən gənclər arasında ağır atletika üzrə dünya çempionatı davam edir.
 
Lent.az xəvər verir ki, yarışda Azərbaycan yığma komandasının daha bir üzvü körpücük üzərinə çıxıb.
 
Belə ki, kişilər arasında mübarizəyə Əliş Nəzərov qoşulub. O, 102 kq çəki dərəcəsində yarışıb. Atletimiz toplam 318 kq (143+175) nəticə ilə 7-ci yeri tutub.
 
Qeyd edək ki, mundialda 51 ölkədən 311 atlet (161 oğlan və 150 qız) mübarizə aparır.
# 923
avatar

Oxşar yazılar