Macarıstanlı futbolçu: “Bakıdakı görüş daha ağır olacaq”
06 iyun 2019 11:22 (UTC +04:00)

Macarıstanlı futbolçu: “Bakıdakı görüş daha ağır olacaq”

“Azərbaycan və Uelslə oyunlar arasında cəmi bir məşqimiz olacaq. Bu üzdən də indiki hazırlıq çox önəmlidir”.
 
APA-nın məlumatına görə, bunu Macarıstan millisinin futbolçusu Mate Patkai deyib.
 
31 yaşlı yarımmüdafiəçi AVRO-2020-nin seçmə mərhələsinin bu ay keçiriləcək Azərbaycan və Uelslə görüşləri barədə fikirlərini açıqlayıb: “Təkcə Azərbaycan deyil, Uelslə matçı da düşünürük. Buna görə də hər iki rəqibi analiz edirik. Bakıdakı qarşılaşma daha çətin keçəcək. Çünki yaxşı rəqiblə üz-üzə gələcəyik. Üstəlik, bu oyunda üzərimizdə qalib gəlmək təzyiqi də olacaq. Uels barədə danışarkən daha yüksək səviyyəli rəqib olduğunu deməliyik. Lakin Bakıdakı görüş daha ağır olacaq. Çünki uelslilərlə doğma arenada oynayacağıq və azarkeşlərimizin dəstəyi bizim xeyrimizə işləyəcək”.
 
Qeyd edək ki, Azərbaycan – Macarıstan oyunu iyunun 8-də “Bakcell Arena”da baş tutacaq.
# 473
avatar

Oxşar yazılar