UEFA-nın sabiq prezidenti öldü
05 iyun 2019 14:47 (UTC +04:00)

UEFA-nın sabiq prezidenti öldü

UEFA-nın sabiq prezidenti Lennart Yuhansson vəfat edib.

APA-nın məlumatına görə, FİFA-nın sabiq vitse-prezidenti də olan isveçli 89 yaşında dünyasını dəyişib.

1990-2007-ci illərdə UEFA-ya başçılıq edən, bu vəzifədə ən çox qalmaqla rekordçu sayılan L.Yuhansson 12 il öncə postu Mişel Platiniyə verib.

UEFA-nın sabiq prezidentinin ölümü ilə bağlı verdiyi qərara əsasən bu həftə keçiriləcək Millətlər Liqası, AVRO-2020-nin seçmə mərhələsinin III turunun oyunları, həmçinin U-21-lərin AVRO-2021-in seçmə oyunları bir dəqiqəlik sükutla başlayacaq. Azərbaycan yığmasının Macarıstanla Bakıda, U-21 millimizin Lixtenşteynlə səfərdəki seçmə görüşləri də bu matçlar sırasındadır.

Qeyd edək ki, UEFA Gənclər Liqasının kuboku L.Yuhanssonun adını daşıyır.

# 702
avatar

Oxşar yazılar