Canni İnfantino yenidən FIFA-nın prezidenti seçildi
05 iyun 2019 14:04 (UTC +04:00)

Canni İnfantino yenidən FIFA-nın prezidenti seçildi

Canni İnfantino yenidən Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) prezidenti seçilib. Lent.az-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə, Parisdə keçirilən konqresdə FIFA-ya üzv olan 211 federasiyanın nümayəndələri C.İnfantinonun namizədliyini dəstəkləyiblər.

Bununla da 49 yaşlı C.İnfantinonun səlahiyyət müddəti 2023-cü ilədək uzadılıb.

Seçkidə C.İnfantino yeganə namizəd kimi iştirak edib.

 

# 668
avatar

Oxşar yazılar