Robot pişikdən <span style="color:red;">İNANILMAZ  reaksiyalar
04 iyun 2019 19:58 (UTC +04:00)

Robot pişikdən İNANILMAZ reaksiyalar

Çində “Ekasbo” şirkəti “Matebot” adlı robot pişiyini təqdim edib. 
 
Lent.az ictnews-a istinadən xəbər verir ki, robot pişik sahibinin səsinə və toxunuşlarına reaksiya vermək qabiliyyətinə malikdir.
 
 
Robot pişik sahibi ona toxunduqda və onunla danışdıqda üz mimikasını və bədəninin vəziyyətini dəyişdirə bilir.
 
 
“Pişiy”in yaradıcılarının sözlərinə görə, qurğu bu və ya başqa səbəblərə görə pişik saxlaya bilməyən insanlar üçün nəzərdə tutulub. “Matebot” insan üçün yoldaş olacaq, sahibi isə onu öyrədə biləcək. Robot əmrləri, səsi və səsin intonasiyasını yadda saxlamaq imkanına malikdir.
 
 
 
Bundan başqa, robot pişik cavab vermək qabiliyyətinə malikdir, “ağıllı” kolonka texnologiyası üzrə işləyir, bu pişiyi smartfona qurulmuş proqramın köməyi ilə idarə etmək və tənzimləmək olar.
# 756
avatar

Oxşar yazılar