Londonda Tramp əleyhinə aksiya keçirilib - <span style="color:red;">FOTOLENT
04 iyun 2019 19:20 (UTC +04:00)

Londonda Tramp əleyhinə aksiya keçirilib - FOTOLENT

ABŞ prezidenti Donald Trampın Böyük Britaniyaya səfəri etirazlara səbəb olub.
 
APA-nın Landon bürosunun verdiyi xəbərə görə, xalq hazırda “Trafalqar Meydanı”nda toplaşaraq “10 Downing Street”ə, yəni baş nazir Tereza Meyin ofisinə doğru hərəkət ediblər.
 
Aksiya iştirakçıları Trampın iqlim dəyişikliyi, irqçilik, gender bərabərliyi, köç siyasəti haqqındakı fikirlərini tənqid edərək əllərində “Rasiszmə son”, “İslamafobiyaya son”, “Xoş gəlməmisən” kimi şüarların yazıldığı plakatlar tutublar.
 
Qeyd edək ki, hazırda “10 Downing Street”də Tereza Mey və Donald Tramp arasında görüş keçirilib. Trampın Böyük Britaniyaya rəsmi səfəri 3 iyun tarixində başlayıb.O, dünən kraliça II Elizabet və kral ailəsinin digər üzvləri ilə görüşüb, axşam isə Donald və Melaniya Trampın şərəfinə verilən ziyafətdə iştirak edib.
# 675
avatar

Oxşar yazılar