“Sevilya”ya YENİ BAŞ MƏŞQÇİ gəldi
04 iyun 2019 14:43 (UTC +04:00)

“Sevilya”ya YENİ BAŞ MƏŞQÇİ gəldi

İspaniyanın “Sevilya” klubunun yeni baş məşqçisi müəyyənləşib.
 
APA-nın məlumatına görə, La Liqa klubunun “sükanı arxası”na Xulen Lopeteqi keçib.
 
52 yaşlı mütəxəssislə üç illik müqavilə imzalanıb. Onun son iş yeri ötən ilin oktyabrında istefaya göndərildiyi “Real” olub.
 
Qeyd edək ki, X.Lopeteqiyə qədər “Sevilya”nı çalışdıran Xoakin Kaparros mövsümün sonunda sağlamlığındakı problemlə əlaqədar vəzifəsindən ayrılıb.
# 599
avatar

Oxşar yazılar