Yaponiyada kütləvi qəza - 15 məktəbli xəsarət aldı
04 iyun 2019 07:48 (UTC +04:00)

Yaponiyada kütləvi qəza - 15 məktəbli xəsarət aldı

Yaponiyanın Totiqi prefekturasında məktəb avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

 

ONA xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

 

Bildirilir ki, avtoqəza zamanı 5 nəqliyyat vasitəsi toqquşub. Onların arasında uşaqları ekskursiyaya aparan məktəb avtobusu da olub.

 

Nəticədə 15-i aşağı sinif şagirdləri olmaqla, 17 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Hazırda polis qəzanın təfərrüatlarını araşdırır.

# 596
avatar

Oxşar yazılar