ABŞ Bolqarıstana 1,7 milyardlıq "F-16"-ların satışını təsdiqləyib
04 iyun 2019 06:02 (UTC +04:00)

ABŞ Bolqarıstana 1,7 milyardlıq "F-16"-ların satışını təsdiqləyib

ABŞ Bolqarıstana 1,7 mlrd. dollarlıq “F-16” tipli döyüş təyyarələrin satışını təsdiqləyib.

 

ONA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, satış belə əməliyyatlardakı siyasi riskləri qiymətləndirən Dövlət Departamenti tərəfindən təsdiqlənib.

 

O belə bir nəticəyə gəlib ki, təyyarələrin satışı “ABŞ-ın xarici siyasətinə və milli təhlükəsizlik məqsədlərinə kömək edəcək, NATO-nun təhlükəsizliyini və ABŞ-ın əsas tərəfdaşlarının təhlükəsizliyini təmin edəcək”.

 

Bildirilir ki, Bolqarıstan F-16 C/D Block 70/72 modifikasiyalı 8 təyyarə, onlara aid 10 mühərrik, 10 kommunikasiya sistemi, eləcə də digər avadanlıq və silah-sursat almaq istəyir.

 

Qeyd olunur ki, danışıqlar Bolqarıstan hökuməti ilə təyyarələrin istehsalçısı olan “Lockheed Martin” şirkəti arasında aparılır.

# 518
avatar

Oxşar yazılar