Azərbaycanlı rejissorun filmi İspaniyada mükafat aldı
03 iyun 2019 10:49 (UTC +04:00)

Azərbaycanlı rejissorun filmi İspaniyada mükafat aldı

İspaniyanın Valensiya şəhərində keçirilən 19-cu "Radio City" beynəlxalq qısametrajlı film festivalında Azərbaycanı Ramil Muradovun "Dekorator"  filmi təmsil edib. 
 
ONA-nın məlumatına görə, film strateji yaradıcı intelektual yanaşma göstərdiyi üçün "Entopiya" nominasiyası üzrə qalib olub. 
 
"Dekorator" filmi gənc Ramil Muradovun ilk ekran işidir. 
 
"Dekorator"da fərqli xarakterlər öz nəzər nöqtələri, mövqeləri uğrunda mübarizə aparırlar. 
 
Filmdə gənclərlə yanaşı, tanınmış aktyorlar da çəkilib.
# 765
avatar

Oxşar yazılar