<b>"Bomj"u döyə-döyə öldürən şəxsə<span style="color:red;"> HÖKM OXUNDU </b>
30 may 2019 16:51 (UTC +04:00)

"Bomj"u döyə-döyə öldürən şəxsə HÖKM OXUNDU

Bakıda "bomju qətlə yetirməkdə təqsirləndirilən Bahadur Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 
 
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 
Hakimlər kollegiyasının hökmünə əsasən Bahadur Cəfərov 16 il müddətinə azadlıqdan məhrum edilib. 
 
Qeyd edək ki, hadisə ötən il sentyabrın 11-də Bakı şəhərinin Sabunçu rayonu ərazisində qeydə alınıb. Həmin rayonda yaşayan, əvvəllər məhkum olunmuş B.Cəfərov evində münaqişə zəminində paytaxt sakini olan tanışı Rəfayel Rzayevi taxta parçası ilə döyərək qətlə yetirib.
 
Hər iki şəxsin tüfeyli həyat keçirdiyi məlum olub.
# 299
avatar

Səlcuq Elçin

Oxşar yazılar