<b>Ana və azyaşlı körpəsinin ölümünə səbəb olan şəxsdən <span style="color:red;">YENİ XƏBƏR </b>
30 may 2019 13:19 (UTC +04:00)

Ana və azyaşlı körpəsinin ölümünə səbəb olan şəxsdən YENİ XƏBƏR

Ana və azyaşlı qızının ölümünə səbəb olmaqda təqsirli bilinən Rəşad Cavadovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

 

Lent.az-ın məlumatına görə, R.Cavadovun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Bilal Məmmədovun icraatına verilib.

Qeyd edək ki, hadisə Bakı-Qazax magistral yolunun Ucar rayonunun Küçəkənd kənd ərazisində qeydə alınıb. Minik avtomobili yolu keçmək istəyən piyadaları vurub. Nəticədə Küçəkənd sakinləri – 1990-cı il təvəllüdlü İsgəndərova Aynur Ramiz qızı və onun 2014-cü il təvəllüdlü qızı İsgəndərova Ayşən Xəyal qızı dünyasını dəyişib.

 
Hadisəni Bərdə rayonundan olan 1984-cü il təvəllüdlü sürücü Cavadov Rəşad Rəhim öğlu Bakı istiqamətində idarə etdiyi avtomobillə törədib.  
# 400
avatar

Səlcuq Elçin

Oxşar yazılar