“Bohum” və “Beşiktaş”ın futbolçuları Azərbaycan yığmasına çağırıldı
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb.
ONA-nın məlumatına görə, Avropa çempionatının ilkin seçmə mərhələsinin oyunlarına hazırlaşan yığmamıza 24 futbolçu çağırılıb.
Milan Obradoviçin yetirmələri mayın 30-dan iyunun 3-dək Bakıda təlim-məşq toplanışı keçirəcək. Yığmaya çağırılan oyunçulardan biri - Latviyanın “Dauqavpils” klubunun üzvü Tural Bayramlı komandasının çempionatdakı oyununa görə toplanışa iyunun 2-dən qoşulacaq.
Qeyd edək ki, toplanışa yerli komandalar və “Dauqavpils”dən başqa, Almaniyanın “Bohum”, Hollandiyanın “Neymegen”, Çexiyanın “Bohemians” və Türkiyənin “Beşiktaş” klublarından da futbolçu çağırılıb.
1 Kamran İbrahimov Neftçi
2 Şahin Zəkiyev Keşlə
3 Murad Popov Qəbələ
4 Amin Seydiyev Qəbələ
5 Turan Manafov Zaqatala
6 Ricat Qarayev Sumqayıt
7 Murad Qayalı Keşlə
8 Hüseyin Seyligli Beşiktaş (Türkiyə)
9 Nihad Tamazov Qarabağ
10 Elçin Mustafayev Sabah
11 Arziman Rizvanov Bohemians (Çexiya)
12 Baris Ekincier Bohum (Almaniya)
13 Nicat Süleymanov Qarabağ
14 Hacıağa Hacılı Qarabağ
15 İsmayıl İbrahimli Qarabağ
16 Rövlan Muradov Qəbələ
17 Süleyman Əhmədov Sumqayıt
18 Ziya Əzizov Neymegen (Hollandiya)
19 Şakir Seyidov Sabah
20 Tural Bayramlı Dauqavpils (Latviya)
21 Elvin Cəfərquliyev Qarabağ
22 Rafael Məhərrəmli Zirə
23 Musa Qurbanlı Qarabağ
24 Emil Qasımov Sabah
547