Bu azarkeşlər Olimpiya Stadionuna <span style="color:red;">PULSUZ  daşınacaq
29 may 2019 13:04 (UTC +04:00)

Bu azarkeşlər Olimpiya Stadionuna PULSUZ daşınacaq

"Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) tərəfindən gücləndirilmiş iş rejimi ölkənin 62 avtovağzal və avtostansiyasında bu gün ən sıx qrafikini yaşayır".
 
Bu barədə Lent.az-a DANX-ın mətbuat katibi Nuridə Allahyarova məlumat verib.
 
O bildirib ki, ümumilikdə respublika üzrə həm beynəlxalq, həm də yerli daşımalara görə 100-ə yaxın əlavə avtobus xəttə buraxılıb və gücləndirilmiş iş rejimi sabaha qədər davam edəcək:
 
"Həmçinin “Bakı Taksi Xidməti” MMC-nin London taksiləri ilə bir qrup fiziki məhdudiyyətli azarkeşimizin də Olimpiya Stadionuna pulsuz daşınması təmin olunacaq".
# 443
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar