Sabah tamaşaçılar Bakı Olimpiya Stadionuna buradan daşınacaq - <span style="color:red;">AÇIQLAMA
28 may 2019 17:29 (UTC +04:00)

Sabah tamaşaçılar Bakı Olimpiya Stadionuna buradan daşınacaq - AÇIQLAMA

 
Mayın 29-da Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının Finalına bilet alan tamaşaçıların daşınması X1 və X2 ekspres marşrut xətt avtobusları vasitəsilə həyata keçiriləcək.
 
Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayevin ONA-ya veridyi məlumata görə, final oyununa bilet alan şəxslər Bakı Olimpiya Stadionuna metronun “28 May” stansiyası yaxınlığından X2 (Səməd Vurğun bağı) ekspress xətt avtobuslarından istifadə etməklə gedə biləcəklər.
 
Daşımalara axşam saat 19:00-da başlanacaq və proses saat 23:00-dək davam edəcək.
# 1488
avatar

Oxşar yazılar