“Zirə” Elvin Məmmədovla müqavilə imzaladı
28 may 2019 15:52 (UTC +04:00)

“Zirə” Elvin Məmmədovla müqavilə imzaladı

 
Bakının “Zirə” klubu yay transfer pəncərəsində heyətini yeni futbolçu ilə gücləndirib. 
 
ONA-nın məlumatına görə, paytaxt təmsilçisi Elvin Məmmədovla anlaşıb. 
 
30 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanılıb. Daha öncə 2016/17 mövsümündə də “Zirə”nin şərəfini qoruyan E.Məmmədov indiyə qədər “Turan”, “Qarabağ”, “Bakı”, “İnter”, “Qəbələ” və “Sumqayıt”da da forma geyinib. 
 
Qeyd edə ki, yarımmüdafiəçi həmçinin Azərbaycan yığmasında da meydana çıxdığı 37 oyunda 7 dəfə fərqlənib.
# 1277
avatar

Oxşar yazılar