“Çelsi” bu mövsümdə mükafata layiqdir” - Maurisio Sarri
28 may 2019 12:22 (UTC +04:00)

“Çelsi” bu mövsümdə mükafata layiqdir” - Maurisio Sarri

 
“Arsenal”la matçlarımızda adətən açıq futbol oynayırıq. Rəqibin iki səviyyəli hücumçusu – Aleksandr Lakazatt və Pyer-Emeik Obameyanq var”.
 
ONA-nın məlumatına görə, bunu İngiltərənin “Çelsi” klubunun baş məşqçisi Maurisio Sarri deyib.
 
İtaliyalı mütəxəssis Avropa Liqasının sabah Bakı Olimpiya Stadionunda keçiriləcək final oyunu barədə fikirlərini açıqlayıb. M.Sarri “Arsenal” üzərində qələbənin önəmli olduğunu vurğulayıb: “Arsenal” yaxşı hücum edir, aqressiv oynayır, necə təzyiq göstərməyi bilir. Onlarla mübarizə aparmaq asan deyil. Biz finalda Çempionlar Liqasına vəsiqə qazanmaq üçün oynamaq istəmirdik. Bu turnirə çempionatdan vəsiqə qazanmaq və hər hansı mükafatı qazanmaq niyyətində idik. Final bizim üçün çox vacibdir. “Çelsi” bu mövsümdə mükafata layiqdir”.
# 1278
avatar

Oxşar yazılar