“Çelsi” klubu Bakıya gəlib
28 may 2019 00:52 (UTC +04:00)

“Çelsi” klubu Bakıya gəlib

İngiltərənin “Çelsi” klubu Bakıya gəlib.
 
ONA-nın məlumatına görə, London təmsilçisi Avropa Liqasının mayın 29-da keçiriləcək qarşılaşmasından iki gün öncə ölkəmizə səfər edib.
 
Az əvvəl Heydər Əliyev Beynəlxalq Aeroportuna enən “zadəganlar” “Arsenal”la Bakı Olimpiya Stadionundakı qarşılaşmanın hazırlığını paytaxtda yekunlaşdıracaq. Maurisio Sarrinin yetirmələri Bakıda yalnız açıq məşqlə kifayətlənəcəklər.
 
Hərçənd “Çelsi”nin finaldakı London derbisində rəqibi olan “Arsenal” Bakıya daha tez gəlib. Mayın 25-də ölkəmizdə olan “topçular” artıq iki gündür matçın hazırlıqlarını paytaxtda davam etdirir.
 
Qeyd edək ki, Avropa Liqasının mayın 29-da keçiriləcək “Çelsi” – “Arsenal” oyunu saat 23:00-da başlayacaq.
# 1588
avatar

Oxşar yazılar