<b>UEFA Bakı Olimpiya Stadionuna <span style="color:red;">ƏN YÜKSƏK QİYMƏTİ  verdi</b>
27 may 2019 22:10 (UTC +04:00)

UEFA Bakı Olimpiya Stadionuna ƏN YÜKSƏK QİYMƏTİ verdi

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna baxış keçiriblər.
 
ONA-nın məlumatına görə, bu, mayın 29-da təşkil olunacaq Avropa Liqasının final qarşılaşması ilə əlaqədar stadionun ot örtüyünə oyunöncəsi sonuncu baxış olub.
 
Mütəxəssislər ot örtüyünə baxış keçirdikdən sonra hazırkı vəziyyəti ən yüksək qiymətlə - 5 ulduzla qiymətləndiriblər.
 
Qeyd edək ki, İngiltərənin “Çelsi” və “Arsenal” komandaları arasında Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final oyunu saat 23:00-da başlayacaq.
# 2027
avatar

Oxşar yazılar