[b]Azərbaycan gimnastları Avropa çempionu olublar[/b]
26 may 2019 19:32 (UTC +04:00)

[b]Azərbaycan gimnastları Avropa çempionu olublar[/b]

 
Azərbaycan millisi Bakıda keçirilən aerobika gimnastikası üzrə Avropa çempionatında qızıl medal qazanıb. 
 
ONA-nın məlumatına görə, "aerodance" komandamız bütün rəqiblərini qabaqlayaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 
 
Hakimlər Ayxan Əhmədli, İmran İmranov, Akif Kərimli, Elçin Məmmədov, Balaxanım Əhmədova, Nərminə Hüseynova, Nigar İbrahimbəyli və Mədinə Mustafayevadan ibarət komandanın finaldakı çıxışını 17,800 xalla qiymətləndiriblər. Təmsilçimiz ikinci olan Rusiyanı 0,50 xal qabaqlayıb. İlk "üçlüy"ü isə 17,400 xalla Rumıniya qapayıb. 
 
Qeyd edək ki, Avropa çempionatına 22 ölkədən 400-dək gimnast qatılıb. 
# 1712
avatar

Oxşar yazılar