1499
18:11
25 May 2019

Ağdaşda kafe və mağaza yandı

Ağdaş rayonunda kafedə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Lent.az -a verilən məlumata görə, rayonun Ləki qəsəbəsində bir dam altında tikilən ümumi sahəsi 655 m² olan birmərtəbəli kafenin yanar konstruksiyaları 450 m² sahədə və bitişik ümumi sahəsi 120 m² olan mağazanın dam örtüyünün yanar konstruksiyaları 25 m² sahədə yanıb. Kafenin və mağazanın qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.