1308
13:00
25 May 2019

AMEA layihələri Azərbaycan ordusunda tətbiq olunacaq

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Strateji Elmi Tədqiqatlar Mərkəzinin layihələrinin Azərbaycan Ordusunda tətbiqi və istifadəsi məqsədəuyğun hesab edilib.

AMEA-dan Lent.az -a verilən məlumata görə, Müdafiə Nazirliyinin dəvətilə AMEA Rəyasət Heyəti aparatınınStrateji Elmi Tədqiqatlar Mərkəzi(SETM) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin təlim poliqonunda keçirilmiş hərbi təlimlərdə mövcud layihələri ilə iştirak edib və uğurlu nəticələr əldə edilib.

Təlimlərin davamı olaraq Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə mayın 20-dən 24-dək Azərbaycan Ordusunun müxtəlif qoşun növlərinin, qisim, birlik və birləşmələrin iştirakı ilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçirilib.

Maksimal distansiya, çətin relyef və mürəkkəbradioelektron şəraitdə müxtəlif poliqonlarda keçirilən döyüş atışlı təlimlərdə AMEA SETM-in hərbi təyinatlı məhsulları da nümayiş etdirilib.

SETM tərəfindən icra olunan və Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən hərbi, müdafiə və mülki xarakterli layihələrin sınaq mərhələsindən uğurla keçən son hazır nümunələr qarşıya qoyulan tələblərə tam cavab verib və texniki parametrlərinə görə onlarınpotensial döyüş şəraitində istismarı (idarə edilməsi) zamanı yüksək nəticələr əldə edilib.

Müdafiə Nazirliyinin rəhbər heyətinin rəyinə əsasən, SETM-in layihələrinin son hazır nümunələrinin Azərbaycan Ordusunda tətbiqi və istifadəsi məqsədəuyğun hesab edilib.