[b]“Beşiktaş”ın YENİ BAŞ MƏŞQÇİSİ müəyyənləşdi[/b]
24 may 2019 13:44 (UTC +04:00)

[b]“Beşiktaş”ın YENİ BAŞ MƏŞQÇİSİ müəyyənləşdi[/b]

Türkiyənin “Beşiktaş” klubunun yeni baş məşqçisi müəyyənləşib.
 
ONA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, bu ölkənin yığmasında çalışdığı üçün İstanbul klubundan ayrılacaq Şenol Günəşi Abdullah Avçı əvəz edəcək.
 
Hazırda “Başakşəhər”i çalışdıran mütəxəssis üçün “Alanyaspor”la bugünkü matç postunda sonuncu olacaq. A.Avçı gələn həftə “Beşiktaş”la üç illik müqavilə imzalayacaq.
 
Mütəxəssis klub rəhbərliyi qarşısında məşqçilər korpusunu özünün seçəcəyi ilə bağlı şərt qoyduğu bildirilir. Bu da “ağ-qaralar” tərəfindən qəbul olunub.
# 969
avatar

Oxşar yazılar