“Barselona” 18 yaşlı hollandiyalı ilə müqavilə imzaladı
23 may 2019 15:40 (UTC +04:00)

“Barselona” 18 yaşlı hollandiyalı ilə müqavilə imzaladı

İspaniyanın “Barselona” klubu yeni transferini açıqlayıb.
 
ONA-nın məlumatına görə, Kataloniya təmsilçisi Hollandiyanın “Qroningen” klubunun yarımmüdafiəçisi Lüdviq Reyslə müqavilə imzalayıb.
 
18 yaşlı futbolçunun keçidi 3,25 milyon avroya gerçəkləşib. Müqavilə 3+2 il müddətinə bağlanılıb. Anlaşmada L.Reysin satış qiyməti kimi 100 milyon avro göstərilib.
 
Qeyd edək ki, slovak əsilli hollandiyalı “Qroningen”in öz yetirməsidir. 2017-ci ildən klubun əsas heyətində oynayan L.Reys cari mövsüm 31 matçda 1 qol vurub.
# 1945
avatar

Oxşar yazılar