Azərbaycan milli komandası Belarusa uduzdu
23 may 2019 09:05 (UTC +04:00)

Azərbaycan milli komandası Belarusa uduzdu

 
Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası növbəti yoxlama matçını keçirib. 
 
ONA-nın məlumatına görə, Covanni Kapraranın rəhbərlik etdiyi yığma Belarusun paytaxtı Minskdəki hazırlıq prosesi çərçivəsində bu ölkənin millisi ilə ikinci dəfə qarşılaşıb.
 
Qızıl Avropa Liqasında eyni qrupda mübarizə aparan komandaların duelində rəqib güclü olub. “Çijovka Arena”da keçirilən görüşdə belaruslular 3:0 hesabı ilə qalib gəlib. Sonradan qarşılıqlı razılıq əsasında daha bir set oynanılıb və bu dəfə Azərbaycan yığması qələbə qazanıb. 
 
Qeyd edək ki, Azərbaycan və Belarus yığmaları arasında ilk matç 2:2 hesablı bərabərliklə yekunlaşıb. 
 
Yoxlama oyunu
22 may
Belarus – Azərbaycan – 3:1 (25:14, 25:21, 25:15, 17:25)
# 963
avatar

Oxşar yazılar