Kamal Bayramov “Səbail”ə keçdi
22 may 2019 16:33 (UTC +04:00)

Kamal Bayramov “Səbail”ə keçdi

Topaz Premyer Liqasının 2018/19 mövsümü başa çatdıqdan sonra “Zirə”ni tərk edən Kamal Bayramovun yeni klubu müəyyənləşib.
 
ONA-nın məlumatına görə, təcrübəli qapıçı karyerasını “Səbail”də davam etdirəcək.
 
34 yaşlı qolkiper bu gün yeni klubu ilə müqavilə imzalayıb. K.Bayramov növbəti bir ili “Səbail”də keçirəcək.
 
Qeyd edək ki, qapıçı bunadək “Neftçi”, “Turan”, “Xəzər Lənkəran”, “Muğan”, “Rəvan”, “Araz Naxçıvan”, AZAL və “Zirə”də çıxış edib.
 
# 1679
avatar

Oxşar yazılar