[b]Milad Beiqi Harçeqani: “Olimpiadanın dünya çempionatından asan keçəcəyini söyləmək düz deyil”[/b]
22 may 2019 15:53 (UTC +04:00)

[b]Milad Beiqi Harçeqani: “Olimpiadanın dünya çempionatından asan keçəcəyini söyləmək düz deyil”[/b]

“Dünya çempionatındakı rəqiblərim yaxşı formada idilər. Amma biz daha yaxşı hazırlaşdığımız üçün uğur qazandıq”.
 
ONA-nın məlumatına görə, bunu Azərbaycan taekvondoçusu Milad Beiqi Harçeqani deyib.
 
Böyük Britaniyanın Mançester şəhərindəki dünya çempionatında qızıl medal qazanan idmançımız Gənclər və İdman Nazirliyində (GİN) təşkil olunan görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb. İkiqat dünya çempionu öncə yarış barədə fikirlərini açıqlayıb: “Bu il dörd Qran-pri yarışı var. Gələn il Tokioda keçiriləcək Yay Olimpiya Oyunları üçün lisenziya xallarını artırmaqdan ötrü bu turnirlər də yaxşı nəticə göstərmək lazımdır. Çünki reytinq yuxarı olanda, olimpiadada ilk döyüşdə münasib rəqib düşür.  Hələlik Tokio-2020-yə vəsiqəni böyük ölçüdə qazandığımı deyə bilmərəm. Çünki Qran-prilərdə 200 xal qazanmaq mümkündür. Buna rəğmən, olimpiadaya 80 faiz vəsiqəni təmin etdiyimi söyləmək olar”.
 
Taekvondoçunun sözlərinə görə, onun çəkisində çıxış edən bəzi taekvondoçuların Tokio-2020-yə qədər karyeralarını bitirəcəkləri gözlənilsə də, yenə yüksək rəqabət olacaq: “Olimpiadanın dünya çempionatından asan keçəcəyini söyləmək düz deyil. Potensialı olan yeni gənc taekvondoçular var. Düzdür, mənim də təcrübəm yuxarıdır. Ancaq olimpiadaya elə-belə idmançı gəlmir. Tokioda medal qazanıb-qazanmayacağımı indidən deyə bilmərəm”.
 
Qeyd edək ki, dünya çempionatında 80 kq çəki dərəcəsində çıxış edən M.Harçeqani qızıl medal qazanıb.
# 1802
avatar

Oxşar yazılar