“Çelsi” Bakı səfəri öncəsi fransalı hücumçu ilə müqaviləni uzatdı
21 may 2019 16:58 (UTC +04:00)

“Çelsi” Bakı səfəri öncəsi fransalı hücumçu ilə müqaviləni uzatdı

İngiltərənin “Çelsi” klubu futbolçusu Olivye Jiru ilə yeni müqavilə imzalayıb.
 
ONA-nın məlumatına görə, Fransa millisinin hücumçusu ilə anlaşma daha bir illik uzadılıb.
 
O.Jiru 2019/20 mövsümündə də “Çelsi”nin şərəfini qoruyacaq. 2018-ci ildən London klubunda çıxış edən forvard cari mövsüm Premyer Liqanın 27 matçında 2 qol vurub.
 
Qeyd edək ki, “Çelsi” cari mövsümdə son oyununu mayın 29-da Bakıda keçirəcək. Londonlular Avropa Liqasının finalında həmşəhərliləri “Arsenal”la görüşəcək.
# 1672
avatar

Oxşar yazılar