[b]Mxitaryan Bakıya gəlməyəcək - “Arsenal” rəsmən AÇIQLADI[/b]
21 may 2019 14:58 (UTC +04:00)

[b]Mxitaryan Bakıya gəlməyəcək - “Arsenal” rəsmən AÇIQLADI[/b]

İngiltərənin “Arsenal” klubu erməni futbolçu Henrik Mxitaryanın Avropa Liqasının Bakıda keçiriləcək finalı ilə bağlı qərarını açıqlayıb. 
 
ONA-nın London klubunun saytına istinadən məlumatına görə, yarımmüdafiəçi mayın 29-da “Çelsi” ilə ölkəmizdə baş tutacaq oyuna gələcək heyətdə yer almayacaq. 
 
Klub bəyan edib ki, futbolçunun Bakıdakı iştirakı ilə bağlı bütün variantlar müzakirə olunub. Onun özü və ailəsi ilə danışıqlardan sonra H. Mxitaryanın səfərə getməməsi ilə bağlı razılıq əldə olunub. Klub rəhbərliyi bu barədə UEFA-nı da məlumatlandırıb. 
# 1370
avatar

Oxşar yazılar