561
12:12
20 May 2019

Azərbaycanlı dənizçi 2-3 günə azad ediləcək

Misirdə saxlanılan “Sea Shark” tankerindəki heyət üzvləri iki-üç günə sərbəst buraxılacaq.
Lent.az TASS-a istinadən xəbər verir ki, bunu bu işlə məşğul olan vəkil açıqlayıb.
O bildirib ki, artıq saxlanılanların azad edilməsi ilə bağlı qərar verilib: “Qarşıdakı iki-üç gün ərzində gəmidəki 10 nəfərlik heyət üzvləri sərbəst buraxılacaqlar”.
Qeyd edək ki, Misir hökuməti dənizçilərin azad edilməsinə razılıq versə də, tankerin buraxılmasına icazə verməyib. Ölkənin ərazi sularına qeyri-qanuni yola girdikləri üçün tanker 56 milyon dollar cərimə ödəməlidir.
Xatırladaq ki, tankerdəki heyət üzvləri Krımdan olan iki Rusiya, 17 Ukrayna, 1 Azərbaycan, qalanları isə Filippin, Şri-Lanka və Hindistan vətəndaşlarıdır.