<b>Alen Delon Kann festivalının mükafatına layiq görüldü</b>
20 may 2019 10:56 (UTC +04:00)

Alen Delon Kann festivalının mükafatına layiq görüldü

Əfsanəvi fransız aktyor Alen Delon Kann kinofestivalının fəxri “Qızıl palma" mükafatı ilə təltif olunub.
 
ONA-nın aif.ru saytına istinadən verdiyi məlumata görə, mükafatlandırma mərasimi Delonun baş rolda oynadığı, 1976-cı ildə çəkilmiş “Müsyö Klyayn” filminin nümayişindən sonra keçirilib. 
 
Aktyorun sözlərinə görə, uzun müddət mükafatı götürməkdə tərəddüd etsə də, sonradan nə vaxtsa birlikdə çalışdığı rejissorlara ehtiramını bildirmək qərarına gəlib.
 
“Mən lazımsız döyüşdə iştirak etmək istəməyən boksçu kimiyəm, gərəksiz filmdə çəkilmək istəmirəm”, – Delon deyib.
 
Qeyd edək ki, 83 yaşlı aktyor teatrda çalışır və teleseriallara çəkilir.
# 1110
avatar

Oxşar yazılar