Azərbaycan karateçisi Seriya A-da gümüş medal qazandı
20 may 2019 09:14 (UTC +04:00)

Azərbaycan karateçisi Seriya A-da gümüş medal qazandı

Azərbaycan millisinin karateçisi İrina Zaretska İstanbulda Karate1 Seriya A turnirinin gümüş medalını qazanıb. 
 
ONA-nın məlumatına görə, 68 kq çəki dərəcəsində çıxış edən komandamızın lideri finalda Marina Rakoviçə (Monteneqro) məğlub olub. 
 
Rəqib 4:2 hesablı qələbə qazanıb. 
 
Rafael Ağayev (75 kq) isə bir-birinin ardınca iki döyüşdə aldığı zədələr səbəbindən 5-ci görüşü yarımçıq dayandırmalı olub. 
 
Qeyd edək ki, turnirdə 102 ölkədən 1813 karateçi iştirak edib. Milli komandanı iyunun əvvəli Çinin Şanxay şəhərində Premyer Liqa turniri gözləyir. 
# 871
avatar

Oxşar yazılar