Sumqayıtda mərhum rejissorun tamaşası nümayiş edilib
19 may 2019 21:12 (UTC +04:00)

Sumqayıtda mərhum rejissorun tamaşası nümayiş edilib

Sumqayıt Dövlət Dram Teatrında fransız yazıçısı Marsel Berkye-Marinyenin “Oğru” əsəri əsasında, rejissor Rövşən Almuradlının eyniadlı tamaşası təqdim edilib.
 
ONA-nın yerli bürosununun məlumatına görə, tamaşa mərhum rejissor Rövşən Almuradlının xatirəsinə ithaf olunub. Tədbirdə mərhum rejissorun ailə üzvləri, sənət dostları və onu sevənlər iştirak ediblər.
 
Qeyd edək ki, ötən ay qəfildən dünyasını dəyişən  Rövşən Almuradlının hazırladığı sonuncu tamaşa olan “Oğru” komediya janrındadır. Səhnə əsərinin süjetində bütün tarix boyu mütəfəkkirlər tərəfindən cavabı axtarılan əsl məhəbbətin qiyməti ön plana çəkilir, gərgin yaşanan dramatik hadisələrin fonunda sevgi və pul dilemması müzakirəyə qoyulur. Tamaşada əməkdar artist İzaməddin Bağırov, aktyorlardan Şəmistan Süleymanlı, Elmir Mehdiyev, İlahə Səfərova rol alıblar.
# 1507
avatar

Oxşar yazılar