1749
11:07
18 May 2019

Azərbaycanda 2 minə yaxın insan BU SƏBƏBDƏN əməliyyat olundu

"2018-ci ildə dünyada 500 min bariatrik cərrahiyyə (artıq çəkiyə qarşı cərrahi yolla müdaxilə) əməliyyatı aparılıb. Onlardan təkcə 228 mini ABŞ-a aiddir".
ONA xəbər ki, bunu 5-ci Beynəlxalq Bariatrik-Metabolik Cərrahiyyə konqresində tədbirin təşkilat komitəsinin sədri, cərrah Taryel Ömərov deyib.
O bildirib ki, Azərbaycanda son 6 ildə 2 minə yaxın bariatrik cərrahiyyə əməliyyatı həyata keçirilib: “Bu o deməkdir ki, ölkəmizdə bədən kütlə indeksi 40-ın üzərində olan 2 minə yaxın insa əməliyyat olunub. Bariatrik cərrahi əməliyyatı sadəcə estetik əməliyyat deyil. Piylənmədən əziyyət çəkən insanlarda kardioloji problemlər, ikinci tip şəkərli diabet, yağlı qaraciyər sindromu kimi çox ağır xəstəliklər baş verir ki, piylənmə düzəlmədən bu xəstəliklər aradan qalxmır. Dietadan effekt ala bilməyən və bədən kütlə indeksini keçən insanlar bu əməliyyata məruz qalırlar. Dünyada artıq 70 ildir ki, bariatrik cərrahi əməliyyat gündəmdədir”.